İnsanlara hürriyət, millətlərə istiqlal!

İranla münaqişə? – Abovyandan iddialı açıqlama

Ermənistanda Azərbaycana qarşı revanşist mövqeyi ilə seçilən Qaqik Tsarukyanın həbsi ətrafında Ermənistanda siyasi çəkişmə davam edir. Partiyanın nümayəndəsi Arman Abovyan Ermənistan hakimiyyətinin Tsarukyana qarşı təqiblərinin hətta İranla münasibətlərdə problem yarada biləcəyini iddia edib.

Musavat.com bildirir ki, Abovyan bu açıqlamanı Tsarukyanla iranlı sahibkarlar arasında üzləşdirmənin keçirildiyi vaxt verib.

Partiya nümayəndəsinin iddiasına görə, İranda aparılan hüquqi proses çərçivəsində Qaqik Tsarukyan zərərçəkmiş tərəf kimi tanınıb və iranlı sahibkarların ona təxminən 14 milyon dollar ödəməsi barədə qərar mövcuddur.

Abovyan bildirib ki, söhbət İran-Ermənistan ticarət evi yaratmaq layihəsindən gedir. Onun sözlərinə görə, milliyyətcə kürd olduqlarını bildirdiyi iranlı sahibkarlar Tsarukyana belə bir layihə təklif ediblər. Tsarukyan isə İranla münasibətlərə önəm verdiyi üçün təklifi qəbul edib və layihəni tam maliyyələşdirib.

Bundan sonra İranda hüquqi proses başlanıb və Abovyanın iddiasına əsasən, İran məhkəməsi Tsarukyanı zərərçəkmiş kimi tanıyaraq sahibkarların ona 14 milyon dollar ödəməli olduğu qənaətinə gəlib.

Abovyan daha sonra, Paşinyan hakimiyyətinin fəaliyyətini “neotürk paşizmi” və “terror” kimi ifadələrlə xarakterizə edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR