İnsanlara hürriyət, millətlərə istiqlal!

"Nə olar ki, bu yolu düzəltsəniz" - Günel müraciət etdi

Müğənni Günel Zeynalova Mərdəkandakı yolların vəziyyətindən narazılıq edib.

Musavat.com xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında paylaşım edərək Mərdəkan qəsəbəsində yerləşən bağ evinə gedən yolun bərbad vəziyyətdə olduğunu bildirib və aidiyyatı qurumlara müraciət edib.

Günel qeyd edib ki, yolun təmirinə başlanılsa da, vəziyyət əvvəlkindən də pis olub:

"Bağımın yolunu göstərirəm. Hər gedib-gəldikcə böyrək daşım silkələnir. Nə olar ki, bu yolu düzəldəsiniz. Xahiş edirəm, Mərdəkan bölgəsindəki bu yolu təmir edin. Təmir zamanı vəziyyət daha da betər olub. Bu, biabırçılıqdır. Nə olar ki, yolu düzəltsəniz".

Könül

Musavat.com 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR