Onlayn ictimai-siyasi qəzet
“Kimsə repetitorluqla məşğul olmaq istəyirsə, buna etirazımız yoxdur, amma məktəbdə bazar yaradılmasın”.
Musavat.com xəbər verir ki, bu fikirləri “Sertifikatlaşdırma: səriştəli müəllim - keyfiyyətli təhsil" mövzusunda tədbirdə elm və təhsil naziri Emin Əmrullayev bildirib.
Nazir qeyd edib ki, yaxşı müəllim günortadan sonra əlavə məbləğ qarşılığında dərs deyə bilər:
“Müəllimlər 70-80 il “stavka” sistemi ilə işləyiblər. Bunu dəyişmək asan deyil.
Müəllimlər ixtisası üzrə əlavə işdə işləyə bilərlər. Ali təhsil almaq məqsədi olduğu üçün məktəblərdə bazar şəraiti yaranır. Bugünkü əməkhaqqı ilə təhsil verən kifayət sayda savadlı müəllim var. Hazırda sadəcə gəlir məsələsində tənzimləməyə ehtiyac var. Azərbaycan müəlliminin vəziyyəti 30 il öncə ilə müqayisədə daha yaxşıdır. Sadəcə vəzifə borcunu düzgün yerinə yetirməlidir. Şagirdə müştəri gözü ilə baxmaq düzgün deyil”.
Nigar Həsənli
Musavat.com
30 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ