Onlayn ictimai-siyasi qəzet
Putinin Valdaydakı iqamətgahına doğru uçduğu iddia edilən Ukrayna dronuna aid idarəetmə kontrolleri ABŞ tərəfinə verilib.
Musavat.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin iddiasına görə, amerikalılara həmçinin dronun uçuş marşrutunun deşifrə olunmuş məlumatlarını əks etdirən materiallar təqdim edilib.
Rusiya silahlı qüvvələri Baş Qərargahının Baş İdarəsinin rəisi İqor Kostyukovun iddiasına görə, hücumun birbaşa hədəfi Valdaydakı iqamətgah olub.
Musavat.com
07 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ