Onlayn ictimai-siyasi qəzet
Ermənistanda keçirilən parlament seçkilərinin saxtalaşdırıldığı barədə Rusiyadan növbəti sərt açıqlama verilib.
Musavat.com xəbər verir ki, Rusiya Dövlət Dumasının MDB işləri komitəsi sədrinin birinci müavini Viktor Vodolatski TASS agentliyinə açıqlamasında müxalifətin səslərinin azı 20 faizinin oğurlandığını iddia edib.
Onun sözlərinə görə, seçki prosesində müxalifət partiyalarına verilən bülletenlərin məhv edilməsi və ya korlanması üçün müxtəlif üsullardan istifadə olunub.
Vodolatski bildirib ki, yerli müşahidəçilər və müxalif qüvvələr səsvermə zamanı bir sıra pozuntular barədə məlumat veriblər. Onun sözlərinə görə, seçki məntəqələrində “karusel” üsulu ilə səsvermə, bülletenlərin məntəqədən kənara çıxarılması, açıq səsvermə və hərbi qulluqçuların qrup şəklində səs verməsi halları qeydə alınıb.
Deputat həmçinin qeyd edib ki, seçkilər müxalifət nümayəndələrinin həm seçkiqabağı kampaniya dövründə, həm “sükut günü”ndə, həm də səsvermə günü saxlanılması fonunda keçirilib.
Musavat.com
10 Iyun 2026
09 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ