Onlayn ictimai-siyasi qəzet
Xalq artisti Miri Yusifin həyat yoldaşı, bloger Nərgiz Mirbabayeva şəhərdəki tıxaclarla bağlı paylaşım edib.
Musavat.com xəbər verir ki, Nərgiz sosial media hesabında gündəlik iş rejimindən danışaraq şəhərdə yarım saatlıq işi üçün yola çıxdığını, lakin evə 5 saat sonra qayıtdığını bildirib.
“Dünən şəhərdə yarım saatlıq işim vardı, getdim, 5 saat sonra evə qayıtdım. Vallah, hər gün işə getmək məcburiyyətində olanlara, uşaqlarını məktəbə aparıb-gətirən valideynlərə bu zaman səbir diləyirəm. İnşallah, qısa zamanda yol və tıxac problemləri də öz həllini tapar”, - deyə Nərgiz qeyd edib.
Könül
Musavat.com
13 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ