Onlayn ictimai-siyasi qəzet
İsrail ordusu İrana qarşı həyata keçirilən hərbi əməliyyatın hələ bir neçə həftə davam edəcəyini açıqlayıb.
Musavat.com xəbər verir ki, İsrail ordusunun sözçüsü, briqada generalı Effi Defrin bildirib ki, hərbçilərin hədəf siyahısında İranın qərb və mərkəzi bölgələrində yerləşən minlərlə obyekt qalmaqdadır.
Onun sözlərinə görə, əməliyyat artıq yeni mərhələyə keçib və əsas diqqət İranın ballistik raket sistemlərinin, pilotsuz uçuş aparatlarının və hava hücumundan müdafiə vasitələrinin məhv edilməsinə yönəldilib.
Defrin qeyd edib ki, İsrail ordusu qarşıdakı həftələrdə bu hədəflərə qarşı zərbələri davam etdirəcək və əməliyyatın ən azı üç həftə davam etməsi gözlənilir.
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ