Onlayn ictimai-siyasi qəzet
Şamaxıda fəaliyyət göstərən “Şirvangöl” şadlıq sarayında yoxlama zamanı saxtalaşdırma əlamətləri olan 72 ədəd araq məhsulu aşkarlanıb.
Bu barədə Musavat.com-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, Bakı-Qazax yolu, ev 120 ünvanında yerləşən, fiziki şəxs Xəlilov Əyyub Allahverdi oğluna məxsus şadlıq sarayında keçirilən yoxlama zamanı hər biri 0,7 litr olan “Sobranie” əmtəə nişanlı araq məhsullarının istehlaka təqdim edilməsinin qarşısı alınıb.
Yoxlama zamanı, həmçinin normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.
Faktla bağlı qanunvericiliyə uyğun inzibati tədbir görülüb, aşkarlanan məhsullar dövriyyədən çıxarılıb. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.
Araşdırmalar davam etdirilir.
11 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ