Onlayn ictimai-siyasi qəzet
"Halef: Kökıerin çağırısı" serialında "Yıldız" obrazını canlandıran aktrisa Biran Damla Yılmaz Almaniyada 6 ay həbs cəzasına məhkum edilib.
Musavat.com xəbər verir ki, iddialara görə, aktrisanın botoks, dolğu və lazer prosedurlarından yaranan borcu 285 min avroya çatıb və onun keçmiş sevgilisi Abdurrahman Aydın əməliyyatlar üçün zəmanətçi kimi göstərilib.
Ödənişlər edilmədikdən sonra başlayan icra prosesində borcun əhəmiyyətli hissəsinin Aydından tələb olunduğu iddia olunub və Aydın sənədləri Hamburqdakı Türkiyə Konsulluğuna təqdim etdikdən sonra aktrisa haqda saxlanılma qərarı verilib.
Biran Damla Yılmaz isə iddialar qarşısında susqunluğunu qoruyur.
Könül
Musavat.com
26 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ