İnsanlara hürriyət, millətlərə istiqlal!

Məktəblərdə yeni qayda: nikahdan əvvəl seksə qarşı...

Rusiyada bir sıra bölgələrdə dövlət məktəblərində Rus Pravoslav Kilsəsinin ruhanilərinin iştirakı ilə şagirdlər üçün “əxlaqi söhbətlər” təşkil olunmağa başlayıb.

Musavat.com xəbər verir ki, "Vyorstka" nəşrinin məlumatına görə, görüşlərdə əsas mövzu nikahdan əvvəl cinsi münasibətlərin “yolverilməzliyi”, ismət anlayışı və ənənəvi ailə dəyərləri olur.

Məlumatlara görə, ruhanilər dərsdənkənar məşğələlər və “ənənəvi dəyərlər” adı altında keçirilən tədbirlər çərçivəsində siniflərə dəvət edilir. Çıxışlar zamanı dini normalar ön plana çəkilir, nikahdan əvvəl münasibətlər isə mənəvi baxımdan qəbuledilməz kimi təqdim olunur.

Bu praktika bəzi məktəb rəhbərliklərinin və yerli təhsil strukturlarının razılığı ilə həyata keçirilsə də, valideynlər və ekspertlər arasında ciddi müzakirələrə səbəb olub. Tənqidçilər dövlət təhsilinin dünyəvi xarakter daşıdığını xatırladaraq, dini moizələrin məktəblərdə keçirilməsinin qanunvericilik və pedaqoji baxımdan mübahisəli olduğunu bildirirlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR