İnsanlara hürriyət, millətlərə istiqlal!

Məhşur aktrisanın son görüntüləri hər kəsi təəccübləndirdi - FOTO

“Kara Melek” və “Aliye” serialları ilə bir dövrə damğasını vuran məşhur türk aktrisa Sanem Çelikin illər sonrakı görüntüsü yenidən gündəmə gəlib.

Musavat.com xəbər verir ki, Çelikin təbii qısa saç modeli sosial şəbəkələrdə diqqət çəkib.

Aktrisanın yeni görünüşü xüsusilə pərəstişkarları tərəfindən müzakirə olunub.

50 yaşlı sənətçinin bu imicinin yeni layihəsi ilə əlaqəli olduğu bildirilir.

Sanem Çelik 1990-cı illərdə “Kara Melek” serialında canlandırdığı Yasemin Saylan obrazı ilə

məşhurlaşıb, daha sonra “Aliye” serialında baş rolda çıxış edərək böyük tamaşaçı auditoriyasının rəğbətini qazanıb.

Onun yeni görüntüləri isə sosial mediada “illər ona yaraşır” kimi müsbət rəylərlə qarşılanıb./nocomment.az/

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR