İnsanlara hürriyət, millətlərə istiqlal!

Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirildi – Mühüm qərarlar verildi

Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.

Musavat.com xəbər verir ki, iclasda Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov çıxış edib.

Sədr ədalət mühakiməsinin keyfiyyətinin yüksəldilməsi və müasir çağırışlara uyğun təkmilləşdirilməsi, məhkəmələrin fəaliyyətinin daha optimal şəkildə qurulması məqsədilə görülmüş işlər barədə məlumat verib.

İclasda məhkəmə fəaliyyətinin ayrı-ayrı istiqamətləri, o cümlədən icraatı dayandırılan və uzun müddət məhkəmə baxışında olan cinayət işləri ilə bağlı Baş Prokurorluğun nümayəndələrinin iştirakı ilə məruzələr dinlənilib, fikir mübadiləsi aparılıb.

Həmçinin iclasda cari məsələlərə, o cümlədən Hakimlərin Seçki Komitəsinə üzv təyin edilməsi, bəzi birinci instansiya məhkəmələrinə hakim ştatlarının paylanılması məsələlərinə baxılıb. İclasda intizam icraatı üzrə işlərə baxılaraq müvafiq qərarlar qəbul edilib.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR