Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, amerikalı milyarder Elon Musk Ukrayna tərəfinin müraciətinə sosial şəbəkədə cavab verib.
Məlumata görə, Ukraynanın müdafiə naziri Mixail Fedorov bir neçə gün əvvəl açıqlama verərək bildirib ki, rəhbərlik etdiyi qurum Rusiyanın Ukraynaya qarşı hücumlarda dronlar vasitəsilə Starlink rabitəsindən istifadə etməsi ilə bağlı SpaceX şirkəti ilə əlaqə saxlayıb. O, məsələyə operativ reaksiya göstərdiyinə görə SpaceX rəhbərliyinə və şəxsən Elon Maska təşəkkür edib.
Bu gün Elon Mask həmin paylaşımı yenidən paylaşıb və qısa, lakin nəzakətli cavab yazıb: “Həmişə məmnuniyyətlə”.
Qeyd edək ki, Starlink-in müharibə şəraitində mümkün istifadəsi ilə bağlı müzakirələr bir müddətdir beynəlxalq gündəmdədir və məsələ xüsusilə Ukrayna üçün həssas təhlükəsizlik mövzusu kimi qiymətləndirilir.
Musavat.com
05 Iyun 2026
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ