Onlayn ictimai-siyasi qəzet
Fələstin dövlətinin başçısı Mahmud Abbas ABŞ prezidenti Donald Trampa müraciət edərək Fələstin ərazilərinin ilhaqının qarşısının alınması və fələstinlilərin məcburi köçürülməsinə yol verilməməsi ilə bağlı verdiyi vədləri yerinə yetirməyə çağırıb.
Musavat.com xəbər verir ki, M. Abbas Trampın ötən ilin sentyabrında ərəb və İslam ölkələrinin liderləri ilə görüşləri zamanı verdiyi öhdəliklərə diqqət çəkib.
“Trampı ötən sentyabr ayında ərəb və İslam ölkələrinin liderlərinə verdiyi, Fələstin torpaqlarının ilhaqının qarşısını almaq və məcburi köçürülməni rədd etmək istiqamətindəki öhdəliklərini yerinə yetirməyə çağırırıq”, – deyə Fələstin lideri bildirib.
Abbasın bu çağırışı İsrailin işğal altındakı Fələstin ərazilərində məskunlaşma fəaliyyəti və ilhaq məsələsi ilə bağlı müzakirələrin davam etdiyi bir vaxtda səslənib. Fələstin tərəfi daha əvvəl də Qərb Şəriyəsindəki ərazilərin ilhaqı və fələstinlilərin öz torpaqlarından məcburi köçürülməsi ilə bağlı istənilən planı rədd etdiyini açıqlayıb.
Qeyd edək ki, 2026-cı ilin avqustunda ərəb və İslam ölkələrinin xarici işlər nazirləri də İsrailin “E1” məskunlaşma planına etiraz ediblər. Onlar sözügedən planın ilhaq prosesini gücləndirdiyini və Fələstin ərazilərinin coğrafi bütövlüyünü təhlükə altına atdığını bildiriblər.
Birgə bəyanatda həmçinin ABŞ prezidenti Donald Trampın planında Fələstin ərazilərinin ilhaqına və fələstinlilərin məcburi köçürülməsinə qarşı mövqenin əks olunduğu vurğulanıb.
Könül, Musavat.com
12 Oktyabr 2026
11 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ