İnsanlara hürriyət, millətlərə istiqlal!

Kürdəmirdə iki yük maşını toqquşdu, yüklər yola dağıldı

Kürdəmir rayonu ərazisində iki yük avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Qəza Bakı–Qazax magistral avtomobil yolunun rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Türkiyə vətəndaşı İsmət Kartalın idarə etdiyi "Mercedes" markalı yük avtomobili qarşıda hərəkətdə olan, Yevlax rayon sakini Pərvin Abdullayevin idarə etdiyi eyni markalı yük maşınına çırpılıb.

Toqquşma nəticəsində yük avtomobillərindən biri aşıb, nəqliyyat vasitəsindəki yüklər yola dağılıb.

Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.//Report

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Avqust 2026

19 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR