Onlayn ictimai-siyasi qəzet
"Reuters" agentliyinin yaydığı məlumata görə, Şimali Koreya (KXDR) ABŞ-ın Cənubi Koreyaya müasir raketlər satmasını kəskin şəkildə pisləyib.
Musavat.com xəbər verir ki, Pxenyan rəhbərliyi Vaşinqtonun Seula təxminən 300 milyon dollar dəyərində ən qabaqcıl "hava-hava" tipli raketlərin və onlara aid avadanlıqların satışını təsdiqləmək qərarına kəskin etiraz edib və bu addımın Koreya yarımadasında gərginliyi daha da pik həddə çatdıracağı barədə xəbərdarlıq edib.
Şimali Koreya Mərkəzi Teleqraf Agentliyinin (KCTA) ölkənin Xarici İşlər Nazirliyinə istinadən yaydığı rəsmi bəyanatda isə kəskin ifadələr yer alıb.
Nazirlik rəsmi Vaşinqtonu hədəf alaraq, "Amerikanın silah ixracı, əslində müharibə ixracıdır" deyə bəyan edib. Bu bəyanat regionda hərbi qarşıdurma riskini yenidən gündəmə gətirib.
Musavat.com
19 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ