Onlayn ictimai-siyasi qəzet
İtaliyanın Aosta vadisində yerləşən Kurmayyor (Courmayeur) dağ-xizək kurortunda güclü qar uçqunu baş verib.
Musavat.com xəbər verir ki, fevralın 15-də yayılan kadrlarda xizəkçilərin son anda qaçmağa çalışdığı, lakin qar kütləsinin onları saniyələr içində örtdüyü görünür.
Hadisə Alp dağlarında hava şəraitinin qəfil dəyişməsi fonunda baş verib. Son günlər intensiv qar yağışı və temperatur fərqi qar qatının sabitliyini zəiflədib və nəticədə uçqun yaranıb.
Kadrlarda əvvəlcə yamacdan qarın qopduğu, turistlərin təhlükəni görərək qaçmağa başladığı, lakin bir neçə saniyə sonra güclü qar axınının bütün sahəni örtdüyü aydın görünür.
Xilasedicilər dərhal əraziyə cəlb olunub. İlkin məlumata görə, xəsarət alanların olub-olmaması araşdırılır, turistlər üçün isə zona müvəqqəti bağlanıb.
Musavat.com
10 Iyun 2026
09 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ