İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrailə “11 sentyabr” xəbərdarlığı – Pilot silah gəzdirə bilərmi?

Dubaydan Təl-Əvivə uçan sərnişin təyyarəsini qaçırmağa çalışan pilot tərəfindən bıçaqlanmış kapitan ölüb. Hələlik təsdiqlənməmiş bu məlumatı "Walla" portalı yazıb.

Xəbərdə havada bıçaqlanan pilotun uçuş zamanı öldüyü qeyd edilir. Bu barədə açıqlama verən İsrail rəsmiləri isə dəhşətli bir fəlakətin qarşısınln alındığını bildiriblər: "Bu mərhələdə pilotun son məqsədinin nə olduğu hələ də məlum deyil, təyyarəni qaçırmaq, İsrailə endirmək, qəzaya uğratmaq və ya 11 sentyabr hadisəsinə bənzər bir hücum törətmək. Lakin İsrail inanır ki, onun niyyəti təyyarəni ələ keçirmək olub".

“Flydubai” aviaşirkətinin Dubaydan Təl-Əvivə uçan təyyarədə pilotlardan biri işçi heyəti bıçaqla təhdid edib.

“Ynet”in xəbərinə görə, bunu İsrailin Baş naziri Benyamin Netanyahu videomüraciətində deyib.

“Mən israilli sərnişinlərin biri ilə danışmışam. O, mənə dedi ki, pilot kabinəsinə daxil olub və heyət üzvlərindən biri ilə birgə bıçaqla ətrafdakıları təhdid edən pilotu zərərsizləşdirib”, - Netanyahu bildirib.

İsrailin Baş naziri həmin pilotun təyyarənin sistemlərini sıradan çıxarmaq niyyətində olduğunu qeyd edib.

"Flydubai" təyyarəsində baş verən insident qarşısı alınmış terror aktı cəhdi idi. "The Times of Israel" xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrael Katz deyib.

“Flydubai” təyyarəsində baş verən ağır insident terror aktı cəhdi olub. Bunun qarşısı yalnız bir neçə israilli sərnişinin cəsarəti sayəsində alınıb. Onlar kabinəyə daxil olaraq terrorçunu zərərsizləşdirib və öz əlləri ilə təyyarəyə nəzarəti orada olan digər uçuş heyətinə qaytarıblar”, - Katz bildirib.

Təyyarədə sərnişinlər arasında iki pilotun olması müzakirələrə səbəb olub. Bunun təsadüf olduğuna şübhə edənlər var və MOSSAD-ın onları öncədən təyyarəyə yerləşdirdiyi iddiaları səslənir. Ümumiyyətlə, HƏMAS-ın 7 oktyabr hücumunun ildönümü ərəfəsində və Knessetə seçkilərə az qamış bu hadisənin baş verməsi necə şərh olunur? Netanyahu seçkiqabağı xal qazandı, yoxsa həqiqətən də söhbət bir kamikadze hücum cəhdindən gedir? Ümumiyyətlə, pilotlara təyyarədə soyuq və ya odlu silah gəzdirməyə icazə verilirmi?

Yusif Bağırzadə Prezidentliyə namizədliyini verdi

Politoloq Yusif Bağırzadə Musavat.com-a bildirib ki,  “Flydubai” təyyarəsində baş verən hadisə ilə bağlı ən vacib məsələ faktlarla ehtimalları bir-birindən ayırmaqdır: "İlkin məlumatlarda kapitanın öldüyü bildirilsə də, sonrakı məlumatlara görə o, ağır yaralanıb və sağdır. Təyyarədə ikinci pilotun kapitanı bıçaqlaması, uçuş zamanı təyyarənin hündürlük itirməsi və fövqəladə vəziyyət yaranması isə insidentin son dərəcə ciddi olduğunu göstərir.

İsrail rəsmiləri hadisəni terror aktı cəhdi və təyyarəni ələ keçirmək niyyəti kimi qiymətləndirirlər. Bununla belə, hücumçunun son məqsədinin məhz təyyarəni qəzaya uğratmaq və ya 11 sentyabr hadisəsinə bənzər hücum törətmək olması hələ istintaqla tam təsdiqlənməyib.

Hadisənin İsraildə seçkiqabağı dövrə və 7 oktyabr hücumlarının ildönümünə yaxın vaxta təsadüf etməsi onun siyasi müzakirələrə çevrilməsini qaçılmaz edir. Netanyahu və hökumət üzvlərinin hadisəni təhlükəsizlik təhdidlərinin davam etdiyini göstərən nümunə kimi təqdim etməsi bu baxımdan təsadüfi deyil. Lakin bundan hadisənin siyasi məqsədlə təşkil edildiyi nəticəsini çıxarmaq üçün heç bir əsas yoxdur.

Eyni zamanda, sosial şəbəkələrdə səsləndirilən “MOSSAD iki pilotu əvvəlcədən təyyarəyə yerləşdirib” iddiası da hazırda faktlarla təsdiqlənmir. Sərnişinlər arasında pilotların olması onların xüsusi xidmət orqanları tərəfindən yerləşdirildiyini sübut etmir".

Politoloq qeyd edib ki, burada ən ciddi suallardan biri isə pilotun bıçağı təyyarəyə necə keçirə bilməsidir: "Pilotların xüsusi icazə olmadan odlu və ya soyuq silah gəzdirməsi ümumi qayda deyil. Buna görə də istintaq yalnız pilotun motivini deyil, onun silahı hava limanının təhlükəsizlik sistemindən necə keçirə bildiyini də araşdırmalıdır. İstintaqın nəticələri ortaya çıxmadan hadisəni nə yalnız terror aktı, nə də seçkiyə hesablanmış ssenari kimi təqdim etmək düzgün olar".

 

Etibar Seyidağa,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR