Onlayn ictimai-siyasi qəzet
İsrail Prezidenti İsxak Hersoq dekabrın 24-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
Musavat.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
İsrail Prezidenti dövlət başçısına ad günü münasibətilə təbriklərini çatdırıb, ona prezidentlik fəaliyyətində yeni uğurlar və möhkəm cansağlığı arzulayıb.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
Telefon danışığı zamanı ölkələr arasında əlaqələrin inkişaf etdiyi vurğulanıb, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
02 Avqust 2026
01 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ