Onlayn ictimai-siyasi qəzet
2026-cı ildə işdən ayrılmaq üçün ən uyğun dövrlər dekabr, mart və sentyabr hesab olunur.
Musavat.com xəbər verir ki, HR-direktor Yekaterina Zelenkova bunun bonusların hesablanması, məzuniyyət pulları və iş günlərinin sayı ilə bağlı olduğunu bildirib.
Niyə məhz bu aylar?
Dekabr
İlin sonunda şirkətlər maliyyə ili üzrə hesabatları bağlayır və illik mükafatları ödəyir. Bu dövrdə ərizə yazan əməkdaş bonusu aldıqdan sonra işdən ayrılaraq bütün ödənişləri qoruyub saxlayır.
Mart
İş günlərinin sayına görə rekord aylardandır. Orta gündəlik əməkhaqqı və məzuniyyət pulu hesablanarkən daha yüksək məbləğ alınır.
Sentyabr
Yay məzuniyyətlərindən sonra kollektiv tam formalaşır, KPI və bonuslar yenilənir. Bu da layihələri tamamlayaraq rahat ayrılmaq üçün münasib vaxt sayılır.
Ekspert məsləhət görür ki, işdən çıxmaq qərarı əvvəlcədən planlaşdırılsın, HR şöbəsi ilə razılaşdırılsın və ərizə istənilən tarixdən 2–4 həftə əvvəl təqdim edilsin.
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ