İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvanda QANLI HADİSƏ

Ermənistan paytaxtında növbəti kriminal hadisə barədə xəbər yayılıb. Atışma bu gün İrəvanda baş verib.

Musavat.com erməni mediasına istinadən bildirir ki, saat 14:30 radələrində Malatya rayon polis şöbəsinə Astqik tibb mərkəzindən güllə yarası ilə vətəndaşın gətirildiyi barədə siqnal daxil olub.

Xəstəxanada həkimlər polisə yaralının əməliyyat otağında olduğunu və baş verənlərlə bağlı izahat verə bilməyəcəyini bildiriblər. Polis və patrul xidmətinin əməkdaşları cinayətin baş verdiyi girişlərdən birində və həyətdə qanlı ayaq izləri aşkar ediblər. Baş vermiş hadisə ilə bağlı İstintaq Şöbəsində adam öldürməyə cəhd maddəsi ilə cinayət işi başlanıb.

Hadisə yerinə toplaşanlar bildiriblər ki, ərazidə tanınmış “Sad Davo” yaralanıb. Fotojurnalist Qaqik Şamşyanın sözlərinə görə, qurban 43 yaşlı İrəvan sakini David Şahbazyandır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Iyul 2024

01 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR