İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda qanlı iğtişaş: Kirmanşahda SEPAH-ın 8 üzvü belə öldürüldü-VİDEO

İranın qərbində yerləşən Kirmanşah əyalətində baş verən iğtişaşlar zamanı İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) səkkiz üzvü həlak olub.

Musavat.com xəbər verir ki, İranın dövlət mediası Kirmanşah şəhərində silahlı şəxslərin təhlükəsizlik qüvvələrinə atəş açdığı iddia olunan video görüntülər yayımlayıb. Kadrlarda silahlı şəxslərin birbaşa təhlükəsizlik əməkdaşlarını hədəfə aldığı əks olunur.

Rəsmi mənbələr hadisəni “təşkilatlanmış zorakılıq aktı” kimi qiymətləndirir. Hadisə ölkənin müxtəlif bölgələrində davam edən etirazlar fonunda baş verib və vəziyyətin təhlükəli mərhələyə keçdiyini göstərir.

Qeyd olunur ki, təhlükəsizlik qüvvələri əyalətdə nəzarəti gücləndirib, əlavə tədbirlər görülür. Hadisə ilə bağlı rəsmi istintaq başladılıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR