İnsanlara hürriyət, millətlərə istiqlal!

İran səfiri: Xəzəryanı ölkələrin işlərinə Qərb qarışmamalıdır

Qərb dövlətləri Xəzəryanı ölkələrin daxili və xarici siyasət proseslərinə müdaxilə etməməlidir.

Musavat.com xəbər verir ki, bu fikri İranın Moskvadakı səfiri Kazem Cəlali açıqlamasında bildirib.

Diplomat qeyd edib ki, İran İslam Respublikası daim əməkdaşlığın yalnız beş Xəzəryanı dövlət çərçivəsində saxlanılmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, Tehranın yanaşması Moskvanın mövqeyi ilə üst-üstə düşür və bu prinsipə əsaslanır ki, Xəzər dənizinin təhlükəsizliyi və resurslarının idarə olunması regiondan kənar və xarici güclərin iştirakı olmadan, yalnız Xəzəryanı dövlətlər tərəfindən həyata keçirilməlidir.

Kazem Cəlali bildirib ki, bu yanaşmanın praktik reallaşdırılması üçün beş ölkə bir neçə istiqamət üzrə əməkdaşlığı inkişaf etdirir. O həmçinin Xəzər regionunda qarşılıqlı fəaliyyət üçün vahid hüquqi əsasların formalaşdırılmasının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Səfirin fikrincə, məhz bu model regionda sabitliyin və uzunmüddətli əməkdaşlığın əsas təminatçısı ola bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Iyun 2026

09 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR