Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, İran Bəhreyndə yerləşən və ABŞ ordusünün istifadə etdiyi Şeyx İsa aviabazasına yeni zərbə endirib.
İran mediasının yaydığı məlumatda bildirilir ki, hücum “Arash” tipli kamikadze pilotsuz uçuş aparatları ilə həyata keçirilib. Dövlət televiziyası tərəfindən yayımlanan kadrlarda PUA-ların buraxılması, daha sonra isə aviabaza ərazisində baş verən partlayış və güclü yanğın əks olunub.
Yayılan videogörüntülərdə hədəfə endirilən zərbədən sonra alovun yüksəldiyi və bazadan tüstünün qalxdığı görünür. İran tərəfi əməliyyatın uğurla başa çatdığını və ABŞ hərbi obyektinin vurulduğunu bəyan edib.
Şeyx İsa aviabazası ABŞ-ın Körfəz bölgəsindəki əsas hərbi obyektlərindən biri hesab olunur. Burada ABŞ Hərbi Hava Qüvvələrinin döyüş və kəşfiyyat aviasiyası yerləşir və baza regiondakı əməliyyatların mühüm mərkəzlərindən sayılır.
Hücum ABŞ-ın son günlər İran ərazisində həyata keçirdiyi hərbi əməliyyatlardan sonra baş verib. Tehran bunun cavab zərbəsi olduğunu bildirir. Vaşinqton və Bəhreyn rəsmiləri isə hadisə ilə bağlı hələlik rəsmi açıqlama verməyiblər.
Musavat.com
12 Avqust 2026
11 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ