İnsanlara hürriyət, millətlərə istiqlal!

İran Hörmüzdə 3 tankerə hücum etdi

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazından icazəsiz keçməyə çalışan üç gəminin saxlanıldığını elan edib.

Musavat.com xəbər verir ki, məlumatı İran dövlət televiziyası yayıb:

"Bir neçə saat əvvəl xəbərdarlıqlarımızı qulaqardına vuraraq təhlükəli və qanunsuz marşrutla hərəkət edən üç neft tankeri vurulub saxlanıldı".

Müstəqil mənbələr SEPAH-ın tankerlərə silahlı hücum etdiyinə dair mılumat yayıb.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp bir neçə gün əvvəl İranın Hörmüzdə hücum edəcəyi hər gəmiyə görə bir elektrik stansiyası və bir körpünün dağıdılacağını vəd etmişdi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Iyul 2026

29 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR