İnsanlara hürriyət, millətlərə istiqlal!

İran: daha bir üsyan yatırıldı - Tehranda dronlar uçur

“Röyters” agentliyi insan haqları fəallarına və yerli sakinlərə istinadla xəbər verir ki, İran hakimiyyəti ölkədəki genişmiqyaslı etirazları yatırıb və artıq, demək olar ki, sakitlikdir.

Nəşr qeyd edir ki, İranda internet hələ də bloklanmış haldadır, lakin bəzi sakinlər ölkə xaricinə məlumat ötürə bilirlər. Onlar iddia edirlər ki, Tehran 11 yanvardan bəri sakitdir və küçələr boşdur. Sakinlər qeyd edirlər ki, dronlar İran paytaxtı üzərində uçur və vəziyyəti izləyir.

Bundan əlavə, agentlik mənbələrinə istinadla "əvvəlki günlərdə etirazların keçirildiyi şəhər və qəsəbələrdə çox sayda hərbçi və təhlükəsizlik işçisi" olduğunu bildirir.

16 yanvarda İran xəbər agentliyi “Tasnim” İranda bir neçə min terrorçu qrup üzvü və kütləvi iğtişaşların iştirakçısının saxlanıldığını bildirib.

28 dekabrda yerli valyutanın devalvasiyası fonunda İranda etirazlar başlayıb. Polis tərəfindən göz yaşartıcı qaz və pnevmatik silahlardan istifadə də daxil olmaqla, gücləndirilmiş təhlükəsizlik tədbirləri ilə müşayiət olunub. Ən böyük etirazlar Tehranda, ən şiddətli toqquşmalar isə qərbdə və cənub-qərbdə (Məlikşahi, Kermanşah və Lordegan şəhərləri) baş verib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR