Onlayn ictimai-siyasi qəzet
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Əbdülrəhim Musəvi ABŞ-a açıq mesaj göndərib.
Musavat.com xəbər verir ki, Musəvi Vaşinqtonu İrana qarşı istənilən hərbi addımdan çəkinməyə çağırıb. O bildirib ki, Tehran müharibəyə başlamayıb və əvvəlki mərhələdə yanaşma münaqişənin genişlənməsinin qarşısını almaq və itkiləri minimuma endirmək olub.
Generalın sözlərinə görə, ABŞ-ın addımları İranın yanaşmasını dəyişməyə məcbur edib: “Bu dəfə səhv etsələr, düşmənə ağır itkilər yetirəcəyik”.
Musəvi əlavə edib ki, İran xalqı və silahlı qüvvələr “hegemon sistemə” qarşı sona qədər mübarizə aparmaq əzmindədir.
Musavat.com
06 Iyun 2026
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ