İnsanlara hürriyət, millətlərə istiqlal!

DÇ-2026: İngiltərə - Xorvatiya matçında 6 qol vuruldu - VİDEO

İlk yayın vaxtı 00:00

Futbol üzrə dünya çempionatının L qrupunda İngiltərə və Xorvatiya milliləri arasında keçirilən oyun başa çatıb.

Musavat.com xəbər verir ki, Dallas stadionunda baş tutan qarşılaşma İngiltərə yığmasının qələbəsi ilə yekunlaşıb - 4:2.

İngilislərin heyətində Harri Keyn dubl edib. Komandanın digər qollarını Cud Bellinqem və Markus Reşford vurublar.

Xorvatiya millisinin qollarına isə Suçiç və Peter Musa imza atıblar.

Beləliklə, İngiltərə dünya çempionatına qələbə ilə başlayaraq aktivinə ilk üç xalı yazdırıb.

 

***

Futbol üzrə dünya çempionatının İngiltərə - Xorvatiya oyununda növbəti qol vurulub.

Musavat.com xəbər verir ki, Dallas stadionunda keçirilən L qrupunun I tur matçında ingilislər hesabdakı üstünlüklərini daha da möhkəmləndiriblər.

Oyunun 85-ci dəqiqəsində Markus Reşford fərqlənərək komandasının dördüncü qolunu vurub.

Beləliklə, İngiltərə millisi Xorvatiya qarşısında hesabı 4:2-yə çatdırıb.

***

Futbol üzrə dünya çempionatında İngiltərə və Xorvatiya arasında keçirilən oyunda növbəti qol vurulub.

Musavat.com xəbər verir ki, Dallasda baş tutan L qrupunun I tur matçında İngiltərə millisi yenidən hesabda önə keçib.

İkinci hissə başlayan kimi Cud Bellinqem fərqlənərək komandasının üçüncü qolunu vurub.

Hazırda İngiltərə Xorvatiya qarşısında 3:2 hesabı ilə irəlidədir.

***

Futbol üzrə dünya çempionatında İngiltərə və Xorvatiya yığmaları arasında keçirilən görüşün ilk yarısı başa çatıb.

Musavat.com xəbər verir ki, Dallasda təşkil olunan L qrupunun qarşılaşmasının ilk 45 dəqiqəsi 2:2 hesabı ilə yekunlaşıb.

Matç ərzində hesab bir neçə dəfə dəyişib və tərəflər növbə ilə üstünlüyü ələ almağa çalışıblar. İngiltərənin qollarına Xorvatiya cavab verməyi bacarıb.

Balkan təmsilçisi ilk hissəyə əlavə olunmuş dəqiqələrdə hesabı yenidən bərabərləşdirib. Peter Musa 45+5-ci dəqiqədə fərqlənərək komandası üçün vacib qol vurub.

Beləliklə, komandalar ikinci hissəyə bərabər hesabla başlayacaqlar.

***

Futbol üzrə dünya çempionatının İngiltərə - Xorvatiya oyununda üçüncü qol vurulub.

Musavat.com xəbər verir ki, Dallas stadionunda keçirilən L qrupunun I tur matçında İngiltərə millisi yenidən üstünlüyü ələ alıb.

Görüşün 42-ci dəqiqəsində Harri Keyn növbəti dəfə fərqlənərək dubl müəllifi olub.

Bununla da ingilislər Xorvatiya qarşısında 2:1 hesabı ilə irəlidədirlər.

***

Futbol üzrə dünya çempionatının İngiltərə - Xorvatiya oyununda daha bir qol vurulub.

Musavat.com xəbər verir ki, Dallasda keçirilən L qrupunun I tur matçında Xorvatiya millisi hesabı bərabərləşdirib.

Komandanın heyətində Suçiç fərqlənərək topu İngiltərə qapısından keçirib və tabloya 1:1 hesabını yazdırıb.

Beləliklə, qarşılaşmada yenidən tarazlıq bərpa olunub və komandalar mübarizəni bərabər hesabla davam etdirirlər.

***

Futbol üzrə dünya çempionatının İngiltərə - Xorvatiya oyununda ilk qol vurulub.

Musavat.com xəbər verir ki, Dallas stadionunda keçirilən L qrupunun I tur matçında ingilislər hesabda önə keçiblər.

Oyunun 12-ci dəqiqəsində təyin olunan penalti zərbəsini dəqiq yerinə yetirən Harri Keyn komandasını hesabda irəli çıxarıb - 1:0.

Qoldan sonra İngiltərə yığması üstünlüyünü qorumağa çalışır, Xorvatiya isə hesabı bərabərləşdirmək üçün hücumlarını artırıb.

***

Futbol üzrə dünya çempionatının L qrupunda İngiltərə və Xorvatiya milliləri arasında qarşılaşma start götürüb.

Musavat.com xəbər verir ki, qrup mərhələsinin I turu çərçivəsində keçirilən oyun ABŞ-ın Dallas şəhərindəki stadionda baş tutur.

Hər iki komanda mundiala uğurlu başlamaq və ilk oyundan vacib xal qazanmaq üçün meydana çıxıb.

Qarşılaşmanın baş hakimi Fransanı təmsil edən FIFA referisi Kleman Türpendir.

Qeyd edək ki, L qrupunda bu gün daha bir oyun keçiriləcək. Qana millisi Panama yığması ilə üz-üzə gələcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Iyun 2026

18 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR