İnsanlara hürriyət, millətlərə istiqlal!

İçkili sürücünün törətdiyi faciə - gölə düşən avtomobildə 6 uşaq ölüb

Qırğızıstanda “Volkswagen Jetta” markalı avtomobilin sürücüsü idarəetməni itirib, avtomobil yoldan çıxaraq gölə düşüb.

Musavat.com 24.kg-a istinadla xəbər verir ki, qəza zamanı avtomobildə üç böyük və səkkiz uşaq olub.

Dörd yaşından doqquz yaşadək olan altı azyaşlı hadisə yerində boğularaq ölüb.

Məlum olub ki, 40 yaşlı Qara Balta sakini həyat yoldaşı və 4 uşağı ilə birlikdə gölün sahilində dincəlməyə gəlib. Onların yanında baldızı və dörd uşağı da olub.

İstirahətdən qayıdan sürücü idarəetməni itirib və avtomobil suya düşüb. Sürücü sərxoş olub.

Nəticədə altı uşaq həlak olub. Sürücü, həyat yoldaşı, üç aylıq qızı, kişinin arvadının bacısı və yeddi yaşlı qızı sağ qalıb. Onlar xəstəxanaya aparılıb.

Məhkəmə-tibbi ekspertizası təyin edilib. Araşdırmalar çərçivəsində sürücü saxlanılıb. Həmin şəxs müvəqqəti saxlama təcridxanasına yerləşdirilib. İstintaq davam edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Iyun 2024

27 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR