Onlayn ictimai-siyasi qəzet
Hörmüz boğazının bağlanmasından sonra dünya bazarında neftin qiyməti kəskin artıb.
Musavat.com xəbər verir ki, bir saatdan az müddətdə neftin bir barelinin qiyməti 4 dollardan çox yüksələrək 100 dollar həddini keçib.
Məlumata görə, qiymət artımı qlobal enerji təchizatı ilə bağlı narahatlıqların güclənməsi fonunda baş verib. Analitiklər hesab edirlər ki, Hörmüz boğazında nəqliyyatın dayanması dünya neft bazarına ciddi təsir göstərə bilər.
Qeyd edək ki, qlobal neft daşımalarının əhəmiyyətli hissəsi məhz Hörmüz boğazı vasitəsilə həyata keçirilir. Buna görə də bölgədə baş verən hadisələr enerji bazarlarında dərhal qiymət dəyişikliklərinə səbəb olur.
Musavat.com
25 Avqust 2026
01:06 Qonşu ölkədə məktəbli forması məcburiləşir – tam dəstin qiyməti bəlli oldu, imtina edənləri...
24 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ