Onlayn ictimai-siyasi qəzet
Hizbullah qüvvələri İsrailə məxsus AH-64D tipli döyüş helikopterinin vurulduğunu göstərən video yayıb.
Musavat.com xəbər verir ki, yayılan görüntülərdə helikopterin “Misagh-1” tipli daşınan zenit-raket kompleksi (PZRK) ilə hədəfə alındığı və zərbə aldığı əks olunur. Kadrlarda raketin dəyməsindən sonra helikopterin idarəetməni itirərək yerə çırpılır.
Hadisə ilə bağlı İsrail tərəfindən hələlik rəsmi açıqlama verilməyib. Məlumatın müstəqil mənbələr tərəfindən təsdiqi yoxdur.
Musavat.com
28 Iyul 2026
27 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ