İnsanlara hürriyət, millətlərə istiqlal!

Hamburqda naməlum şəxs polisə balta ilə hücum çəkdi

Hamburq polisi şəhərin əsas turizm küçələrindən biri olan Reeperbahn yaxınlığında əlində balta olan bir nəfəri zərərsizləşdirib.

İnsident Almaniyada keçirilən futbol üzrə Avropa çempionatı çərçivəsində Polşa ilə bu şəhərdə oynayan Niderland millisinin azarkeş kütləsi yaxınlığında baş verib.

Bildirilir ki, həmin şəxs polisə qarşı aqressiya nümayiş etdirib və asayiş keşikçilərinə balta ilə hücum edib.

Polis əvvəlcə bibər qazından istifadə edib, sonra isə atəş açmaq məcburiyyətində qalıb. Təcavüzkar yaralanıb, onun vəziyyəti barədə dəqiq məlumat verilmir.

Hücumçunun milliyyəti və niyə bunu etməsi məlum deyil.

Mənbə: TASS

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Iyun 2024

25 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR