İnsanlara hürriyət, millətlərə istiqlal!

Gəncədə qadın sürücü kuryerə hücum etdi, polis hərəkətə keçdi

Gəncə şəhərində qadın sürücü ilə kuryerin küçədə dava etməsi ilə bağlı görüntülər yayılıb.

Görüntüdə 90-NY-810 dövlət nömrə nişanlı "Chevrolet Cruz" markalı avtomobilin qadın sürücüsü mopedlə hərəkətdə olan gənc kuryerə hücum edir, onu döyməyə çalışır və ünvanına nalayiq ifadələr işlədir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Oxu.az-a açıqlamasında bildirib ki, yayılan görüntülərlə bağlı araşdırma aparılır:

"Məsələyə hüquqi qiymət veriləcək".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Avqust 2026

11 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR