İnsanlara hürriyət, millətlərə istiqlal!

“Flydubai” təyyarəsini qəzadan sərnişin pilotlar xilas edib

Dubaydan Təl-Əvivə uçan “Flydubai” təyyrəsini olası qəzadan sərnişinlər arasında olan rusiyalı və ukraynalı pilotlar xilas edib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, ekipaj üzvləri arasında davadan sonra nəzarətdən çıxan “Flydubai” təyyarəsi yüksəkliyini itirərək yerə doğru millənirmiş. Əgər təyyarədə peşəkar pilotlar olmasa, qəza qaçılmaz olacaqmış. Çünki təyyarənin ikinci pilotun, Oman vətəndaşı təyyarə kapitanını bıçaqladığı üçün o, yaralı, özü isə sərnişinlər tərəfindən zərərsizləşdirilmiş şəkildə olub.

Rusiya və Ukrayna vətəndaşları olan pilotlar isə təyyarənin idarəetməsini öz üzərlərinə götürərək, hava gəmisini Səudiyyə Ərəbistanında hava limanına endiriblər.

İsrailin “14-cü kanal” telekanalı təyyarənin daimi pilotlarının əslində Oman və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) vətəndaşları olduğunu bildirib.

Rəsmilərin sözlərinə görə, Oman vətəndaşı olan ikinci pilot təyyarəni yerə çırpmağa cəhd edib, lakin kokpitdəki qanlı dava zamanı saxlanılıb.

O da məlum olub ki, omanlı pilot kapitanı yaralayarkən “Allahu əkbər” qışqırırmış. Onun təyyarəni qəsdən qəzaya uğratmaq niyyəti şübhə doğurmur. Hazırda o, dindirilir.

Bundan başqa, terrorçu pilotun 1 il öncə “Flydubai” da işləməyə başladığı qeyd olunur. "Hücumçu bir il əvvəl AirDubai-də işləməyə başlayıb. Bu o deməkdir ki, son bir neçə ildə Əmirlik aviaşirkətində işləməyə başlayan hər kəs artıq avtomatik olaraq şübhəlilər siyahısındadır. Çünki onlar xüsusi olaraq bu məqsədlə həbs oluna bilərdilər".

Dubay-Təl-Əviv reysindəki sərnişinlərdən biri olan Daniel “Times of Israel” qəzetinə verdiyi müsahibədə uçuş zamanı kabinədən dava-dalaş səsləri eşitdiyini bildirib.

"Qapı bir az açıq idi və gördüm ki, kimsə başqa bir şəxsi itələməyə çalışır. Sonra arxamda oturan üç israilli nə baş verdiyini görmək üçün getdi və həmin anda təyyarə qəfildən dik burnuna enərək çox güclü fırlandı", - deyə şahid xatırlayır.

Daniel təyyarənin təxminən üç dəqiqə ərzində nəzarətdən çıxdığını bildirib.

"Elə bil son idi. Sanki 11 sentyabr yenidən baş verirdi", - deyə sərnişin paylaşıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR