Onlayn ictimai-siyasi qəzet
Türkiyənin xarici işlər naziri Hakan Fidan işgüzar səfərlə Suriyaya gedib.
Musavat.com xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Məlumata görə, Fidan səfər çərçivəsində ikitərəfli görüşlər keçirəcək. O, həmçinin Suriya prezidenti Əhməd əş-Şaraa və Ukrayna lideri Volodimir Zelenski ilə planlaşdırılan görüşdə iştirak edəcək.
Suriya prezidenti ilə Zelenski arasında keçiriləcək danışıqların Yaxın Şərqdə davam edən müharibə fonunda əsasən müdafiə məsələlərinə həsr olunacağı gözlənilir.
Xatırladaq ki, Volodimir Zelenski aprelin 4-də İstanbula səfər edib və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə danışıqlar aparıb.
Şahanə Rəhimli
Musavat.com
10 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ