İnsanlara hürriyət, millətlərə istiqlal!

Eyyub Yaqubovdan "Gözəl Bakı" - VİDEO

 
Xalq artisti Eyyub Yaqubov "Gözəl Bakı" adlı yeni mahnısını və ona çəkilən klipini izləyicilərə təqdim edib. 
 
Musavat.com xəbər verir ki, mahnının musiqisi Gülsüm Eldarovaya, sözləri isə Abbas Məmmədova məxsusdur.
 
Bakının özünəməxsus ab-havasını və estetik gözəlliyini ön plana çıxaran klipdə paytaxtın ən gözəl və tanınmış məkanları, şəhərin müasir siması ilə yanaşı, tarixi abidələri və dənizkənarı mənzərələri yer alıb.
 
Yeni mahnı və klip rəqəmsal platformalarda izləyicilərin ixtiyarına verilib.
 
 
 
Musavat.com
 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR