Onlayn ictimai-siyasi qəzet
Müğənni İradə İbrahimova “İzzət şou” proqramında Türkiyədə sənət karyerası qurmaq istəyərkən üzləşdiyi çətinliklərdən bəhs edib.
Musavat.com-un xəbərinə əsasən, sənətçi bildirib ki, həmin dövrdə Türkiyə şou-biznesində fəaliyyət göstərmək məqsədilə böyük məbləğdə vəsait xərcləyib.
İbrahimovanın sözlərinə görə, evləndikdən sonra Bakıdakı evini sataraq əldə etdiyi pulu bu istiqamətdə yatırıb.
Müğənni qeyd edib ki, layihələrə qoyduğu sərmayənin böyük hissəsi geri qayıtmayıb və nəticədə təxminən 200 min dollar zərərə düşüb.
Sənətçi “Evimi satıb onlara verdim, məni aldatdılar. Haqqımı halal etmirəm” sözləri ilə yaşadığı məyusluğu ifadə edib. İradə İbrahimova həmin hadisənin həyatında və karyerasında ən ağır təcrübələrdən biri olduğunu da bildirib.
Könül
Musavat.com
15 Sentyabr 2026
02:27 Ordumuzun 2022-ci ildəki zərbəsi İrəvanda unudulmur – Parlament sədrindən Rusiyaya ağır sözlər
14 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ