İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan polisi müxalifətçi deputatları geri qaytardı - SƏBƏB

Ermənistan Daxili İşlər Nazirliyi müxalifət deputatlarının delimitasiya prosesi həyata keçirilən Kirants kəndinə buraxılmamasının səbəbini izah edib.

Musavat.com erməni mediasına istinadən bildirir ki, nazirlikdən verilən məlumata görə, hərəkət polis haqqında qanunun 22-ci maddəsinin 6-cı bəndi əsasında məhdudlaşdırılıb.

Onlar nəqliyyat vasitələrinin və piyadaların hərəkətinin müvəqqəti məhdudlaşdırılmasını və ya qadağan edilməsini, habelə onların həyatının, sağlamlığının və ya əmlakının mühafizəsini təmin etmək üçün onların müəyyən yerlərdə olmasını nəzərdə tutur.

Hazırda polis təkcə müxalifət deputatlarının deyil, mədəniyyət xadimlərinin, eləcə də “Vətən uğrunda” hərəkatının digər nümayəndələrinin və tərəfdarlarının Kirantsa keçidini əngəlləyir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR