Onlayn ictimai-siyasi qəzet
“Avropa İttifaqında heç kim Ermənistanı gözləmir".
Musavat.com-un məlumatına görə, “Güclü Ermənistan” partiyasının lideri, milyarder Samvel Karapetyan bu bəyanatı məhkəmə binasının qarşısında jurnalistlərə açıqlama verərkən – İrəvanın Avropaya doğru siyasi kurs tutub-tutmamalı olduğu barədə sualı cavablandırarkən – səsləndirib.
Qeyd edək ki, Karapetyanla bağlı istintaq bir ildən artıqdır davam edir və onun barəsində ev dustaqlığı seçilib.
"Avropada digər üzv dövlətlərlə sərhədi olmadan Aİ-yə qoşulmuş bircə dənə də olsun ölkə yoxdur", – deyə S.Karapetyan açıqlamasında daha sonra bildirib.
Müxalif siyasi qüvvənin başçısı Ermənistanın Avropa İttifaqı ilə əlaqələri dərinləşdirmək istiqamətindəki addımlarını başa düşmür. "Mənim fikrimcə, bu addımlar Rusiya ilə münasibətləri gərginləşdirməyə yönəlib. Avropaya inteqrasiya layihəsinin bizi hansı sınaqlarla üz-üzə qoyacağını hələ görəcəyik", – deyə Karapetyan qeyd edib.
Daha əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan bildirmişdi ki, Avropa İttifaqına yaxınlaşmaq İrəvanın həyata keçirdiyi balanslı xarici siyasətə uyğundur. Onun sözlərinə görə, İrəvan "tək bir erməni stulunda" əyləşib. Paşinyan həmçinin Aİ rəhbərliyinin ölkəni aldada biləcəyi barədə fikirlərlə bağlı təəccübünü ifadə edib.
Musavat.com
10 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ