Onlayn ictimai-siyasi qəzet
İraq hökuməti ABŞ-dəki səfir vəzifəsinə erməni əsilli xristian diplomat Krikor Der-Aqobyanın namizədliyini irəli sürüb.
Musavat.com xəbər verir ki, regional KİV-in yaydığı məlumata görə, hazırda İraqın baş nazirinin baş müşaviri kimi fəaliyyət göstərən və uzun illər diplomatik sahədə çalışan Krikor Der-Aqobyanın namizədliyi ABŞ hakimiyyəti tərəfindən təsdiqlənərsə, o, son onilliklərdə Vaşinqtona təyin edilən ilk qeyri-şiə İraq səfiri olacaq.
Bildirilir ki, bu təyinat Bağdadın ABŞ ilə münasibətləri daha da gücləndirmək, əməkdaşlığı təhlükəsizlik sahəsindən kənara çıxararaq digər istiqamətlərdə də genişləndirmək siyasətinin tərkib hissəsi kimi qiymətləndirilir.
Musavat.com
12 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ