Onlayn ictimai-siyasi qəzet
Krımın Armyansk şəhərində yerləşən “Krımski Titan” zavodunda güclü yanğın baş verib.
Musavat.com xəbər verir ki, yerli mənbələrin məlumatına görə, zavod ərazisində ardıcıl partlayış səsləri eşidilib.
Monitorinq kanalları “Titan” elektrik yarımstansiyasının da zərbə aldığını, bunun nəticəsində şəhərdə işıqların söndüyünü bildirir.
Məlumata əsasən, müəssisənin əməkdaşları evlərinə göndərilib. Şəhərdə su təchizatı isə qrafiklə həyata keçirilməyə başlanıb.
Yanğının söndürülməsi kimya sənayesi müəssisəsi olması səbəbindən çətinləşib. Yerli sakinlərə mümkün təhlükə ilə əlaqədar şəhəri tərk etmək tövsiyə olunur.
Bundan əlavə, son günlər Ukrayna ordusunun Krım istiqamətində intensiv zərbələr endirdiyi bildirilir. Yerli monitorinq resursları zavod və yarımstansiyada baş verən hadisələrin də həmin hücumlarla əlaqəli olduğunu qeyd edirlər.
Qeyd edək ki, Armyansk şəhəri tarixən “Erməni bazarı” adı ilə tanınıb. “Krımski Titan” isə Şərqi Avropanın ən böyük titan dioksid istehsalçılarından biridir.
Musavat.com
19 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ