Onlayn ictimai-siyasi qəzet
“Vətəndaş qəbulları göstərir ki, işğaldan azad edilən ərazilərə köçmək istəyənlərin sayı çoxdur. Bu baxımdan tikintinin davam etməsi prioritetdir”.
Musavat.com xəbər verir ki, bunu İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində jurnalistlərə açıqlamasında Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsi Emin Hüseynov bildirib.
Prezidentin xüsusi nümayəndəsi diqqətə çatdırıb ki, bu gün Ağdam, Füzuli və Xocavənd rayonlarında 15 min 600-dən çox insan yaşayır:
“İlin sonunadək Ağdam şəhərində 4-cü və 5-ci yaşayış məhəllələrinin tikintisinin başa çatdırılması planlaşdırılır. 1-ci və 3-cü məhəllələrin tikintisinə isə ilin sonunadək başlanılması nəzərdə tutulur. Bu layihələrin icrası növbəti ilə keçəcək. Ağdam Sənaye Parkında 30-dan çox rezident var, 9-u istehsal fəaliyyətinə başlayıb. Qarabağ və Şərqi Zəngəzurda mövcud təşviq mexanizmlərindən yararlanmaq istəyən şirkətlərin sayı günü-gündən artır. Xankəndi, Ağdərə, Xocalı, Xocavənddə kənd təsərrüfatı sahəsində, emal sahəsində fəaliyyət göstərmək istəyən sahibkarların sayı artır. Yeni dövlət proqramı qəbul olunub. Köç davam etdikcə infrastruktur da formalaşır”.
Nigar Həsənli
Musavat.com
13 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ