İnsanlara hürriyət, millətlərə istiqlal!

Durova gözlənilməz dəstək

“Telegram”ın qurucusu Pavel Durova qarşı Rusiyada terror fəaliyyətinə yardım ittihamının irəli sürülməsi gözlənilməz reaksiyaya səbəb olub. Ukraynadakı müharibəni dəstəkləyən bir sıra rusiyalı Z-blogerlər belə qərarın Rusiyanın öz maraqlarına zərbə vurduğunu bildiriblər.

Musavat.com xəbər verir ki, Z-blogerlərin əsas arqumentlərindən biri Rusiya ordusunun özünün “Telegram”dan geniş istifadə etməsidir.

Onlar hərbçilərin sürətli rabitə üçün platformaya ehtiyac duyduğunu və hazırda ona tam alternativin olmadığını bildirirlər.

Bəzi kanallar isə Moskvanın Durovu öz tərəfinə çəkmək əvəzinə ona qarşı cinayət təqibinə başlamasını absurd adlandırıblar. “Soldat udaçi” kanalı daha da irəli gedərək xəbərdarlıq edib ki, Durov cavab olaraq Rusiyanı dəstəkləyən kanalları bağlaya bilər: “Onda nə edəcəksiniz?”

Digər Z-kanallar hüquq-mühafizə orqanlarının məntiqini istehza ilə qarşılayıblar. Onların fikrincə, “Telegram”da cinayətkarların fəaliyyət göstərməsinə görə platformanın yaradıcısını məsuliyyətə cəlb etmək, cinayət zamanı istifadə olunan telefonlara görə onların istehsalçılarını günahlandırmağa bənzəyir.

Rusiya dövlət televiziyaları isə Durova qarşı təqib barədə daha ehtiyatlı məlumat verərək əsas diqqəti “Telegram” vasitəsilə yeniyetmələrin terror aktlarına cəlb edilməsi iddialarına yönəldiblər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR