İnsanlara hürriyət, millətlərə istiqlal!

Döndülər! Ağayevlər ailəsi 29 ildən sonra Başlıbeldə! Kövrək və möhtəşəm kadrlar!

TV Müsavat bir ailənin 29 illik arzusunu reallaşdırdı

TV Müsavat komandası bu dəfə yolunu Kəlbəcərdən saldı. Özü də tək yox, illərlə vətən həsrəti çəkən Ağayevlər ailəsi ilə birlikdə. Bu səfərimizə Yeni Müsavat Media qrupunun rəhbəri Rauf Arifoğlu başda olmaqla yola çıxdıq və Ağayevlər ailəsinin vətən həsrətini işıqlandırdıq.

Rafiq Ağayev işğal dövrünə qədər Kəlbəcər rayonunun Başlıbel kəndinin icra nümayəndəsi olub. Bildirdi ki, Kəlbəcərin, Başlıbelin həsrətini 29 il 6 ay 2 gün çəkib. Artıq bu zaman dayanıb. Çünki səfərimiz Kəlbəcərədir. Müsahibimiz yol boyu yaşadığı acılı günlərdən danışır. Deyir ki, 1993-cü ilin apreli onun həyatndan heç vaxt silinməyəcək. Nə ailəsi nə də kəlbəcərlilər öz ata baba yurdlarını tərk etmək fikrində olmayıb. Amma məcbur qalaraq çox ağır şərtlər altında Başlbeli və Kəlbəcəri tərk etdiblər. İnsanların qışqırıq səsləri, ah-naləri hələ də Rafiq kişinin qulaqlarından getmir.

O dövrdəki siyasi prosseslərə də toxunur Rafiq Ağayev. Kəlbəcərin işğalı zamanı orada olan Müdafiə Nazirliyinin keçmiş qərargah rəisi Nəcməddin Sadıxovla -görüşmək istəməsindən söz açır. O, əhalinin təhlükəsizliyinin vacibliyini bildirmək üçün Nəcməddin Sadıxovla görüş tələb edir. Lakin bu mümkün olmur. Rafiq kişini ölümlə hədələyirlər.

Rafiq Ağayev Kəlbəcəri tərk edəncə onun 43, həyat yoldaşı Reyhan xanımın isə 38 yaşı olub. Ailə üç övladını qarlı-şaxtalı havalarda, olduqca ağır şərtlər altında tərk edib. Öz doğma eli ilə birlikdə 4 gün piyada, ac-susuz yol gəlib. Ömər aşırımına çatırıq. Həmin anlar bir daha yada düşür. Bu dəfə sevinc göz yaşları var.

Ömər aşırımından Kəlbəcər daha aydın görünür. Ağayevlər ailəsi kəlbəcərlilərin ağırısını cümlə və cümlə anlatmağa çalışır. Bizlərə nələrin başverdiyini izah etməyə çalışır.

Dayanmırıq... Növbəti ünvanımız Başlıbelədir. O, Başlıbel ki, birinci Qarabağ müharibəsində erməni vəhşiyinin, insanlığa sığmayan faciənin yaşandığı türklərin qədim yurd yeri. Və budur avtomobilimiz Başlıbeldə dayanır. Rafiq kişi bu dəfə kövrəlmir. Ömrünün ən gözəl illərini yaşadığı doğma kəndini salamlayır.

Qədim yurd yerimizdə ilk ayaq basdığımız yer Ağayevlər ailəsinin ermənilər tərəfindən viran qoyulan evləridir. Reyan Ağayeva illərlə arzu etiyini əhdinə çatıb. Sürünərək qalxır həsrətində olduğu doğma evinə. Təssüf ki, dağılan evdən daş parçalarından başqa heçnə qalmayıb.
Kəndi gəzirik. Min bir xatirə canlanır bu insanların xəyalında. Qohumlar, qonşular, hər bir çığır, balca bir iz yenidən o illərə qaytarır Ağayevləri. Rafiq kişi illərlə birgə yaşadığı yaxınlarının, qonşularının evlərini göstərir.

Kənd qəbristanlığına gedirik. Düşmən burada uyuyan soydaşlarımızın baş daşlarını belə dağıdıb. Hər bir baş daşında güllə izləri var.
Ümumiyyətlə Başlıbel faciəsi ölkəmizi tarixində və yaddaşlarımızda silinməz izlər qoyub. Kənddə öldürülən ümidlər, yağmalanan evvlər, yandırılan məscidin izləri qalıb.

Başlıbel də yaşanan isnanlıq dramı özü ayrıca bir tarixidir. Kənd mühasirədə qalan zaman 62 nəfər Portda deyilən kahalara sığınıb. Əliyalın insanlar tam 113 gün mühasirədə qalıb. Ermənilər bu günahsız soydaşlarımızın, mülkü vətəndaşlarımızı yerini müəyyən edir. Nəticə etiarı ilə silahsız, qocalı, qadınlı, uşaqlı olmaqla 19 nəfəri girov götürülüb, 12 nəfəri qətlə yetirilib, 1 nəfəri itkin düşüb, 29 nəfər isə yalnız gecələr gizli dağ yolları ilə mühasirədən çıxa bilib. Xüsusi qəddarlıqla öldürülən soydaşlarımızın qəbirləri də elə həmin kahaların bir neçə metriliyindədir. Yerigəlmişkən öldürülən Başlıbel kənd sakinlərinin dəfni ayrıca bir hekayədir.

Artıq o tarixidən illər keçib. Bu gün biz qalib ordunun qalib xalqıyıq. İndi həm Kəlbəcərdə, həm də Balıbeldə üç rəngli bayrağımız dalğalanır. Bu dəfə əbədi,bu dəfə sonsuzadək.

İlham Məmmədov,
Başlıbel

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Iyun 2024

27 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR