Onlayn ictimai-siyasi qəzet
Məşhur türkiyəli müğənni Demet Akalın konserti zamanı arzuolunmaz hadisə ilə üzləşib.
Musavat.com xəbər verir ki, səhnəyə yaxınlaşan pərəstişkarlarından biri müğənniyə qarşı fiziki təmas (taciz) edərək onu narahat edib.
Hadisədən dərhal sonra mühafizəçilərə müraciət edən sənətçi sərt reaksiya verib:
"Götürün bunu buradan! Polisə məlumat vermişəm. Hər yerimə toxundu", - deyərək qəzəbini bildirib.
Baş verənlərin şokunu üzərindən ata bilməyən Akalının həmin anlarda gərgin və hirsli olduğu diqqətdən yayınmayıb.
Musavat.com
13 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ