Onlayn ictimai-siyasi qəzet
ABŞ, Kanada və Meksikada keçiriləcək 2026-cı il dünya çempionatında iştirak edəcək bir çox milli komanda anomal isti hava şəraiti səbəbindən ehtiyat futbolçulara matçları paltardəyişmə otağından izləməyə icazə vermək imkanını nəzərdən keçirir.
Musavat.com oxu.az-a istinadən xəbər verir ki, bu barədə "The Touchline" nəşri "X" sosial şəbəkə hesabında məlumat yayıb.
Mənbənin verdiyi məlumata görə, belə bir hal baş verərsə, komanda əvəzetmə etmək istədikdə baş məşqçinin köməkçisi ehtiyat oyunçular skamyasından paltardəyişmə otağına yollanacaq və futbolçuları isinmə hərəkətlərinə göndərəcək.
Daha əvvəl FIFA futbolçuların su içə bilməsi üçün hakimlərə hər matçda iki dəfə fasilə vermək öhdəliyi qoyub.
Dünya çempionatı iyunun 11-də başlayacaq. Turnirin açılış oyununda Meksika yığması Cənubi Afrika Respublikası millisi ilə qarşılaşacaq.
08 Iyun 2026
07 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ