İnsanlara hürriyət, millətlərə istiqlal!

DÇ-2026: Argentina 1/4 finalda - VİDEO

Musavat.com xəbər verir ki, DÇ-2026-nın 1/8 final mərhələsində Argentina ilə Misir arasında keçirilən gərgin qarşılaşma başa çatıb.

Oyunda hesabı Misir açsa da, daha sonra üstünlüyünü 2:0-a çatdırıb. Buna baxmayaraq, Argentina təslim olmayıb. C. Romero, Lionel Messi və Enzo Fernández-in qolları sayəsində rəqibini 3:2 hesabı ilə məğlub edən Cənubi Amerika təmsilçisi 1/4 finala yüksəlib.

Musavat.com xəbər verir ki, DÇ-2026-nın Argentina – Misir qarşılaşmasında daha bir qol vurulub.

Matçın 90+3-cü dəqiqəsində Enzo Fernández fərqlənərək Argentinanı 3:2 hesabı ilə önə keçirib.

***

Musavat.com xəbər verir ki, DÇ-2026-da Argentina – Misir qarşılaşmasında daha bir qol vurulub.

Matçın 84-cü dəqiqəsində Lionel Messi fərqlənərək hesabı bərabərləşdirib – 2:2.

Messinin qolu ilə Argentina oyuna yenidən tarazlıq gətirib və qarşılaşmanın son dəqiqələrində gərginlik daha da artıb.

 

***

Musavat.com xəbər verir ki, DÇ-2026-da Argentina – Misir qarşılaşmasında növbəti qol vurulub.

Matçın 79-cu dəqiqəsində Argentina millisinin futbolçusu C. Romero fərqlənərək hesab arasındakı fərqi azaldıb. Hazırda hesab Argentina 1:2 Misirdir.

***

Musavat.com xəbər verir ki, DÇ-2026 oyununda Misir milli futbol komandası hesab fərqini artırıb.

Matçın 67-ci dəqiqəsində Misir millisinin futbolçusu M. Ziko fərqlənərək komandasının Argentinaya qarşı ikinci qolunu vurub — 0:2.

***

Son dünya çempionu Argentina millisi bu gün mundialda 1/8 finala çıxacaq.

Musavat.com xəbər verir ki, cənubi amerikalılar Misirlə qarşılaşacaq. 

Bu görüş həm də argentinalıların kapitanı Lionel Messi və misirlilərin ulduzu Məhəmməd Salah arasında mübarizə baxımından maraqlı olacaq. 

Matç Bakı vaxtilə saat 20:00-da başlayacaq. 

DÇ-2026 1/8 final

20:00. Argentina - Misir.
***

Komandaların start heyətləri açıqlanıb:

Argentina: 23 Emiliano Martines, 3 Nikolas Talyafiko, 6 Lisandro Martines, 13 Kristian Romero, 26 Nauel Molina, 5 Leandro Paredes, 7 Rodriqo De Paul, 20 Aleksis Mak Allister, 24 Enzo Fernandez, 9 Xulian Alvares, 10 Lionel Messi.

Ehtiyat oyunçular: 1 Xuan Musso, 12 Xeronimo Rulli, 2 Markos Senesi, 4 Qonsalo Montiel, 19 Nikolas Otamendi, 25 Fakundo Medina, 8 Valentin Barko, 11 Covani Lo Çelso, 14 Esekyel Palasios, 15 Niko Qonsales, 16 Tiaqo Almada, 17 Culiano Simeone, 18 Niko Pas, 21 Xose Manuel Lopes, 22 Lautaro Martines.

Misir: 23 Mustafa Şubir, 2 Yasser İbrahim, 3 Məhəmməd Hani, 5 Rami Rabia, 15 Kərim Hafez, 8 İmam Aşur, 11 Mustafa Ziko, 17 Mohanad Laşin, 19 Mərvan Attia, 10 Məhəmməd Salah, 12 Heysəm Həsən.

Ehtiyat oyunçular: 1 Məhəmməd Əl-Şenavi, 16 Mehdi Soliman, 26 Məhəmməd Alaa, 4 Hossam Abdelmaquid, 24 Tariq Alaa, 14 Hamdi Fathi, 18 Nabil Donqa, 21 Mahmud Saber, 7 Trezeqe, 9 Həmzə Abdelkərim, 20 İbrahim Adel, 22 Ömər Marmuş, 25 Zizo.

***

Matç başladı.

 

***

Misir 15-ci dəqiqədə hesabı açır. Yasser İbrahim fərqlənir.

***

Messi penaltini qaçırır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR