Onlayn ictimai-siyasi qəzet
Türkiyəli müğənni Ziynet Sali Harbiye Cemil Topuzlu Açıqhava Teatrında konsert verib.
Musavat.com xəbər verir ki, Sali səhnədə iki fərqli libasla çıxış edib.
Xüsusilə 3D printer texnologiyası ilə onun bədən ölçülərinə uyğun hazırlanmış korset böyük maraq doğurub.
Konsert zamanı zarafatcıl tərzi ilə tamaşaçıları güldürən Ziynet Sali özünə olan inamını bu sözlərlə ifadə edib:
“Daş kimiyəm! And olsun, Madonna görsə, qısqanar. Büst kimiyəm, daş kimiyəm!”
Musavat.com
30 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ