İnsanlara hürriyət, millətlərə istiqlal!

Dağıstanda güclü yanğın - VİDEO

Dağıstanın Kizilyurt şəhərində əsas qaz kəmərində ard-arda partlayışlar baş verib.

Musavat.com xəbər verir ki, yerli mənbələrin məlumatına görə, qaz kəmərində üç partlayışdan sonra güclü yanğın başlayıb. Alov qısa müddətdə geniş əraziyə yayılaraq qazpaylayıcı stansiyanı əhatə edib.

Hadisə yerindən yayılan görüntülərdə alovun böyük ərazini bürüdüyü görünür. Partlayışların səbəbi hələlik məlum deyil.

Xəsarət alanların olub-olmaması barədə rəsmi məlumat açıqlanmayıb. Əraziyə yanğınsöndürmə və fövqəladə xidmət əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

@@/TVmusavat/148407@@

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR