İnsanlara hürriyət, millətlərə istiqlal!

Çimərliklərdə qiymətlər yenə qalxdı: Giriş 30 manat...

Bu gündən Azərbaycanda çimərlik mövsümünə start verilib.

Artıq əksər restoran və iaşə obyektləri tam hazır vəziyyətə gətirilib. Stol-stul dəstləri düzülüb, abadlıq işləri isə yekunlaşıb. 

Musavat.com xəbər verir ki, "Cebhe.info" dənizkənarı obyektlərdə qiymətləri araşdırıb.

Bilgəh, Novxanı, Buzovna və Şixov ərazisində olan akvaparklara giriş ara günləri 25 manat, həftəsonu isə 30 manatdır. 

Məşhur "Dalga Beach" akvaparkına girişin qiyməti isə həftəiçi 30 manat, həftəsonu 40 manat təşkil edir. 

Akvaparklara bəzi əlavə qidaları gətirməyə icazə verilsə də, böyük əksəriyyəti qida ilə girişə qadağa tətbiq edir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR